Birinci dünya müharibəsindən sonra Fransada aşpaz kimi xidmət etmiş Ernst Berkhart uğur axtarışında iri hindu rezervasiyası olan və Osageler tayfası yaşadığı Oklahomaya gəlir. O tərəflərdə onun qohumu Kral kimi tanınan Uilyam Heyl yaşayır. O mülkədar, maldar, hinduların dostu və hörmətli insandır. Kral Ernstı varlı hindu ailəsində olan Molli adlı gənc xanımı almağa dilə tutur. Əsas fikir odur ki, vaxtı ilə bu ailənin mülkində olan torpaqlar Ernsta (say ki Heyla) keçəcək. Bunun işin isə sadəcə Molli, anası və baciları ölməlidir.