Kinokomediya janrında olan “Toy Tələsi” bədii filmi müasir dünyamızda baş verən real hadisələr əsasında qələmə alınmışdır. Filmdə əsasən kinorejissorların hansı əzab əziyyətlə film istehsal etdikləri, eləcədə imkanlı iş adamlarının kino sahəsinə laqeyid yanaşması, öz əksini tapıb. Filmin əsas süjet xəttinin qəhrəmanı olan Fateh imkanlı iş adamıdır. Onun qəbuluna gələn rejissora laqeyid yanaşan Fateh özüdə bilmədən ailəsindən gizlin eşq yaşadığı Dənizin oyununa gəlir. Düşdüyü bu oyundan canını qurtarmaq üçün rejissora işi düşən Fateh, hansı ki əvvəllər rədd cavabı verdiyi rejissordan xahiş edir ki, ona bu məsələdə kömək olsun. Qarşılığında istədiyi qədər maddi kömək edəcək ki, rejissor filmini çəksin. Rejissor təklifi qəbul edir, öz aktyor, aktrisa heyyətini başına toplayıb real həyatda aktyorluq etməklərini öz öhtəsinə götürür. Dənizin qurduğu oyuna əsasən saxta elçilik və toy edirlər. Dəniz gəlinlik donunda ata evindən gəlin köçür. Filmdə bir birindən maraqlı və gülünc doğuran hadisələr yer almışdır. Tammetrajlı, “TOY TƏLƏSİ” bədii filmi 90 dəqiqə nəzərdə tutulmuş. Kinokomediya janrında olan filmdə baş verən vəziyyətlər komediya yaradır. Eləcədə Film cəmiyyətə tərbiyəvi mənada mesajlar ötürür.