İyrənc mən 4

4 İyul

Tapmaca 2

13 İyun

Qaydalar və şərtlər

Sizi “Parkcinema.az” internet resursunun veb-saytında salamlayırıq!

(“Caspian Capital” MMC tərəfindən yaradılan və dəstəklənən) “Park Cinema”nın parkcinema.az saytının istifadəsinə başlamazdan öncə Şərtlər və Qaydalar ilə tanış olmağınızı xahiş edirik

I. Parkcinema.az veb-saytının istifadə Şərtləri və Qaydaları

 

1.1 Saytın Müdiriyyəti (bundan sonra “Müdiriyyət”) Parkcinema.az veb-saytının (bundan sonra “Sayt”) Şərtlər və Qaydalarını tərtib edib, Saytın istifadəsi şərtləri və inkişafını təyin edir, həmçinin İstifadəçilər və Müdiriyyətin hüquq və vəzifələrini müəyyən edir.

1.2 Hazırkı Şərtlər və Qaydalar (bundan sonra “Qaydalar”) istifadəçi və Müdiriyyət arasında hüquqi baxımdan icbari saziş xarakteri daşıyır, və ona əsasən Müdiriyyət tərəfindən İstifadəçiyə “Park Cinema” MMC-nin parkcinema.az Saytının istifadəsi ilə bağlı müəyyən xidmətlər aşağıdakı şərtlər üzrə təqdim olunur:

1.2.1 İstifadəçinin “Park Cinema”nın parkcinema.az Saytına girişi və adıçəkilən Saytın istifadəsi hazırkı qaydalarla tənzimlənir. Sayta daxil olaraq və onu istifadə edərək Istifadəçi hüquqi cəhətdən icbari qaydada məhdudiyyətsiz və şərtsiz ilk dəfə Sayta daxil olduğu zaman dərhal qüvvəyə minən Qaydalara riayət etməlidir. İstifadəçinin həmin Qaydalara riayət etmək razılığı olmadığı halda İstifadəçi Sayta bir daha daxil olmamaq və/və ya Saytı istifadə etməmək hüququnu özündə saxlayır.

1.2.2 Müdiriyyət xəbərdarlıq etmədən Qaydaları birtərəfli qaydada dayişmək və/və ya onlara əlavə etmək və saytda yerləşdirmək hüququnu özündə saxlayır. Hazırkı Qaydalar açıqdır və ictimaiyyətə təqdim olunmuş sənəd xarakteri daşıyır. Qaydalar İnternetdə **** ünvanında yerləşdirilib. Müdiriyyət dəyişikliklərdən xəbərdar olmaq üçün mütəmadi olaraq həmin Qaydaları təkrar oxumağa təkidlə tövsiyə edir. Istifadəçi Qaydalar bölməsinə olunmuş dəyişikliklərdən sonra parkcinema.az saytından istifadə edərsə, bütün edilmiş düzəliş və/və ya dəyişiklik/əlavələrlə birlikdə həmin Qaydalara riayət etmək öhdəliyi götürmüş kimi hesab olunur.

1.2.3 Qaydaları bilməmək onlara riayət etməkdən azad etmir. İstifadəçi Sayta hər hansı bir məlumatı yerləşdirərsə, qaydalarla və onlara riayət edilməsi zəruriliyi ilə razı olduğunu göstərir.

ІІ. Müəlliflik hüquqları və Kontentə mülkiyyət hüququ.

 

2.1 Hazırkı Sayt və onun məzmunu, dərc olunmuş məqalələr (bundan sonra “Kontent”) Azərbaycan Respublikası qanunvericiliyi, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında beynəlxalq qanunvericilik tərəfindən qorunur.

2.1.1 Kontentə əqli mülkiyyət hüququ: mətnlər, dizayn, loqotiplər, qrafik təsvirlər, piktoqramlar, təsvirlər və Saytdakı digər məlumatlar “Park Cinema” MMC-nin mülkiyyətindədir,və yaxud Saytın müvafiq sahibinin icazəsi ilə yerləşdirilib.

2.1.2 Sayta istinadların yerləşdirilməsi aşağıdakı şərtlərlə qəbul olunur:

1) İstifadəçi Müdiriyyətə hər bir istinad barəsində əvvəlcədən yazılı surətdə məlumat verməlidir;

2) “Park Cinema” tərəfindən İstifadəçinin saytına heç bir sponsorluq və/və ya dəstək olunması haqqında göstərişlər olmamalıdır;

3) İstifadəçi Müdiriyyətin tələbinə əsasən hər hansı istinadı yığışdırmalıdır.

2.2. İstifadəçinin “Park Cinema” MMC və/və ya hər hansı Kontent sahibi tərəfindən yazılı surətdə verilmiş icazə olmadan kontentdən istifadəsi (surət çıxarma,nəşr və s.) qəti qadağandır. "Park Cinema" MMC сinayət təqibi daxil olmaqla, qanunvericiliyə əsasən öz əqli mülkiyyət hüququnun qorunmasını təmin edəcək.

ІІІ. Saytın məzmunu və fəaliyyəti

 

3.1 Müdiriyyət Saytdakı məlumatın doğruluğunu təmin etmək üçün var gücü ilə çalışır.

3.2 Müdiriyyət məlumatın dəqiqliyi, vaxtında verilməsi, düzgünlüyü və təhlükəsizliyinə zəmanət vermir.

3.3 Saytdakı kontent qeyri-dəqiq və ya səhv ola bilər.

3.4 Müdiriyyət istənilən vaxt xəbərdarlıq etmədən Saytdakı hər hansı məlumatı dəyişmək və ya ləğv etmək hüququnu özündə saxlayır.

3.5 “Park Cinema” MMC öz mülahizəsinə əsasən Saytın fəaliyyətini dayandıra bilər.

3.6 Aşağıdakı hallarda Müdiriyyət hər hansı bir zərər və ya zədəyə görə məsuliyyət daşımır:

3.6.1 Saytın istifadəsi və ya istifadəsinin mümkünsüzlüyü

3.6.2 Məlumatın dəyişdirilməsi və ya çıxarılması, həmçinin Saytın fəaliyyətinin dayandırılması

3.7 Müdiriyyət cədvəlin qeyri-dəqiqliyi nəticəsində dəyən zərərə görə məsuliyyət daşımır. Qeyd: Saytın Müdiriyyəti istənilən kinoteatrda cədvəl dəqiqliyinə zəmanət vermir, çünki Müdiriyyət cədvəli saytın Müdiriyyətinə xəbər etmədən qismən və ya tam dəyişə bilər. Müdiriyyət xoşagəlməz vəziyyətlərlə rastlaşmamaq üçün kinoteatra gəlməzdən öncə cədvəli dəqiqləşdirməyi təkidlə tövsiyə edir.

IV. Digər saytlara istinad

 

4.1 Hazırkı Saytda "Park Cinema" MMC-yə məxsus olmayan digər saytlara istinadlar və reklam bannerləri yerləşdirilə bilər.

4.1.1 Digər veb-saytlara istinadlar demək deyil ki, Sayt həmin saytlara (və ya saytın təqdim etdiyi hər hansı məlumat, xidmət və məhsullara) dəstəkdir, və həmin istinadlar “Park Cinema”nın saytları idarə edən fiziki və hüquqi şəxsləri ilə assosiasiyada olduğunu və ya eyni sosial məsuliyyət daşıdığını göstərmir.

4.1.2 “Park Cinema” 3-cü tərəfə məxsus veb-saytlara yalnız İstifadəçinin rahatlığı üçün istinad edir və onların məhsul və/və ya xidmətlərindən istifadə etməyi tövsiyə etmir.

4.2 Müdiriyyət istinad olunan 3-cü tərəflərə məxsus sayt və sahifələrə nəzarət etmir, və bununla əlaqədar Müdiriyyət saytların fəaliyyətinə, onların istifadəsi zamanı istifadəçiyə dəymiş zərərə görə məsuliyyət daşımır.

4.2.1 İstifadəçinin “Park Cinema”nı üçüncü tərəflə yaranan münaqişəyə cəlb etmək hüququ yoxdur. Bu müddəa “Park Cinema” MMC-yə məxsus olmayan bütün istinad olunan saytlara, onların məzmununa aiddir.

V. Saytın istifadəsi

 

5.1. “Park Cinema”nın //parkcinema.az/ veb-saytına daxil olan hər bir kəs saytın İstifadəçisi ola bilər və Saytın təqdim olunan interaktiv xidmətlərindən qeydiyyatsız istifadə edə bilər.

5.2 Təqdim olunan xidmətlər və interaktiv xidmətlərdən bütövlükə istifadə etmək üçün İstifadəçi qeydiyyatdan keçə bilər. Bu tədqirdə İstifadəçi:

5.2.1 sayta parolu təkrarən daxil etmədən öz adına bağlanmış nik vasitəsilə daxil ola bilər.

5.2.2 İstifadəçi e-mail vasitəsilə verdiyi və ya abunə olduğu suallara cavab ala bilər.

5.2.3 İstifadəçi aşağıdakı hərəkətləri edə bilər:

1) Film, kinoteatr, aktyor və s. haqqında rəylər bildirmək;

2) Film, aktyorlarları və s.qiymətləndirmək;

3) Sizi maraqlandıran filmləri izləmək;

4) Müsabiqədə iştirak etmək;

5) Saytın xəbərlərini almaq;

6) Redaktor adını qazanaraq, Müdiriyyət və saytın redaksiyası ilə birlikdə Saytın fəaliyyətində iştirak etmək: şəxsi tənqidlərinizi, filmlər üçün multimedia fayllarınızı, sevimli aktyorların şəkillərini yerləşdirə bilərsiniz.

5.2.4 Sayta şərh əlavə etmək üçün İstifadəçi aşağıdakı qaydalara riayət etməlidir: (1) Mövcud qanunvericiliyin qaydalarını pozmaq çağırışları, irqçi bəyanatlar, millətlərarası ədavətin qızışdırılması, və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsiri altına düşən çağırışların; (2) Bilərəkdən yalan məlumatların; (3) Reklam məzmunlu informasiyanın; (4) Kobud, ədəbsiz ifadələr və təhqirlər, şəxsiyyətə toxunan sözlərin; (5) Mövzuya aid olmayan xəbərlərin yerləşdirilməsi qadağandır.

5.2.5 Başqasının rəyi ilə razılaşdıqda “+1” qoyaraq səs vermək olar

5.3 Müdiriyyət (1) digərinin sitatını təkrarlayan məlumatı ləğv etmək; (2) rəyləri çıxarmaq və düzəliş etmək hüququnu özündə saxlayır.

5.4 Müdiriyyət saytda İstifadəçi tərəfindən yerləşdirilən xəbərlər və rəylərə görə məsuliyyət daşımır, çünki hər bir məlumat müəllifinin fikirlərini bildirir

5.5 İstifadəçi qaydaları pozduqda, Müdiriyyət birtərəfli qaydada xəbərdarlıq etmədən İstifadəçinin qeydiyyatını pozmaq hüququnu özündə saxlayır.

«Boston River LP» tərəfindən yaradılan və dəstəklənən “Park Cinema” kinoteatrlar şəbəkəsinin parkcinema.az saytında (bundan sonra – “Sayt”) “onlayn” üsulu ilə biletlərin alınması Qaydaları və Şərtləri ilə tanış olmağınızı Sizdən xahiş edirik.

 

Bilet alınması şərtləri və qaydaları

1. MÜQAVİLƏDƏ İSTİFADƏ OLUNAN TERMİNLƏR VƏ ANLAYIŞLAR

«Seans»ParkCinema kinoteatrlar şəbəkəsinin tədbir və filmlərin vaxtı.
«Bilet»ParkCinema kinoteatrlar şəbəkəsinin tədbir və filmləri müəyyən tarix və vaxtda ziyarət etmək hüququnu verən ciddi hesabat blankında təqdim olunmuş sənəd.
«Alıcı»AR qanunvericiliynə uyğun hazırkı Müqavilədə qeyd olunan əqdləri bağlamaq hüququ yaradan yaşa çatmış və onlayn üsulu ilə biletləri əldə edən fəaliyyət qabiliyyəti olan fiziki şəxs.
«Şəxsi məlumat»Müştəri haqqında ödəniş səhifəsində bilet alma məqsədi ilə daxil edilən məlumat.

 

2. ONLAYN ÜSULU İLƏ BİLET ƏLDƏ ETMƏK ÜÇÜN ALICI AŞAĞIDAKILARI ETMƏLİDİR:

2.1 Saytın “Cədvəl” bölməsində onu maraqlandıran film və ya tədbiri, həmçinin Park Cinema şəbəkəsinin kinoteatrlarından birini, tarix və vaxtı seçməlidir.
2.2 “Onlayn” üsulu ilə biletlərin alınması Qaydaları və Şərtləri ilə tanış olur və onları qəbul edib/ etməyəcəyinə qərar verir.

2.3 Hazırkı Qaydalar və Şərtləri qəbul edir, üzə çıxan pəncərədə biletlərin sayını və lazım olan tarifi seçir və “İrəli” düyməsi ilə həmin seçimi təsdiqləyir. DİQQƏT! Bu seçim üçün Alıcıya 30 saniyə vaxt verilir.

2.4 Növbəti mərhələdə zalda yerləri seçir, “İrəli” düyməsi ilə həmin seçimi təsdiqləyir. Diqqət! Bu seçim üçün Alıcıya 1 dəqiqə vaxt verilir.

2.5 Bilet məlumatlarının dəqiqliyini yoxlayır (filmin adı, kinoteatr, biletlərin sayı, yerlər və məbləğ), ödəniş üsulunu seçir (MasterCard və ya Visa) və alışı təsdiqləmək üçün əlaqə məlumatları daxil edir. Diqqət! Bu seçim üçün Alıcıya 1 dəqiqə vaxt verilir.

2.6 Ödəniş səhifəsində tələb olunan Şəxsi məlumatları daxil edir və “Daxil etmək” düyməsi ilə Seansa Biletin alınmasını təsdiqləyir.

2.7 SMS vasitəsilə və ya elektron ünvana təsdiq nömrəsi alaraq Alıcı öz biletlərini kassada və ya Park Cinema kinpoteatrlar şəbəkəsinin terminallarında əldə edə bilər.

Diqqət! Biletin ödənişi AZN ilə həyata keçirilir. Əgər ödəniş kartının valyutası başqadırsa, o zaman biletin məbləği ödənişin həyata keçirildiyi tarixə müştərinin bank hesabının valyutasına emitent bankın məzənnəsi ilə konvertasiya olunur.

Xarici banklar onlayn ödənişə görə komissiya kimi əlavə məbləğ tuta bilər. Ödəniş şərtlərini dəqiqləşdirmək üçün öz emitent bankınızla əlaqə saxlayın.

 

Biletin qiyməti Saytda göstərilib və Kinoteatrın Müdiriyyəti ilə müəyyən edilir.

3D formatında nümayiş olunan kinoseansa biletlərin dəyərinə 3D eynəklərin qiyməti daxildir.

 

3. BİLETLƏRİN QAYTARILMASI ŞƏRTLƏRİ

3.1. Əgər Alıcı seansa Bilet alıbsa (hesabdan pul silinibsə), lakin biletin ödənişi təsdiqlənməyibsə (elektron biletin nömrəsi ilə mesaj), Alıcı alışı təsdiqlətdirmək üçün Kinoteatrın Müdiriyyətinə yaxınlaşmalıdır. Əgər seçilmiş yerlərə sistemdə bron qoyulmayıbsa kinoteatr ödənilmiş məbləği geri qaytarır. Pul 20 gün ərzində Alıcının hesablaşma hesabına köçürüləcək.

3.2 Əgər Alıcı seansa Bilet alıbsa və satış (bron statusunun dəyişdirilməsi) uğurla həyata keçirilibsə, lakin Alıcı öz təşəbbüsü ilə seansa Biletdən imtina edir və Seansın başlanğıcından 24 saat öncə bu haqqda Kinoteatrın Müdiriyyətini xəbərdar edibsə, Müdiriyyət Alıcıya ödənilmiş Biletin məbləğini qaytarır.

3.3. Müştəriyə pul ödənilmiş məbləğdə qaytarılır.

3.4. Seans bitdikdən sonra Biletlər geri qaytarılmır. Fors-major hadisələr (nümayişin kəsilməsi, keyfiyyətsiz nümayiş) istisna hallar təşkil edir.

 

4. YEKUN MÜDDƏALAR

4.1. Hazırkı Saytda Biletlərin alınması Qaydaları və Şərtləri Saytın Müdiriyyəti (bundan sonra -“Müdiriyyət”) tərəfindən hazırlanıb və biletin alınma, verilmə, geri qaytarılması şərtlərini və Alıcının şəxsi məlumatların məxfiliyini müəyyən edir.

4.2. Hazırkı Şərtlər və Qaydalar (bundan sonra – “Qaydalar”) Alıcı və Müdiriyyət arasında hüquqi qüvvəyə malik Müqavilədir, predmeti onlayn üsulu ilə bilet alınması «Boston River LP» tərəfindən aşağıdakı şərtlərlə göstərilən xidmətidir:

4.2.1. Alıcı tərəfindən onlayn üsulu ilə bilet alınması hazırkı Qaydalar çərçivəsində həyata keçirilir. Bilet almazdan öncə Alıcı Qaydalara heç bir məhdudiyyət olmadan icbari qaydada riayət etməsini qəbul edir. Qaydalar onlayn üsulu ilə hər bir alış zamanı dərhal qüvvəyə minir. Alıcı hazırkı Qaydalara riayət etməyə razı olmazsa, Alıcı saytda biletin onlayn üsulu ilə alışını bir daha istifadə etməmək hüququna malikdir.

DİQQƏT! Hazırkı Qaydalar ödəniş kartları ilə biletlərin onlayn ödənişini tənzimləyir və “Park Cinema” şəbəkəsinin kassalarında ödənişlərə şamil olunmur.

4.2.2 Müdiriyyət xəbərdarlıq etmədən Qaydaları birtərəfli qaydada dayişmək və/və ya onlara əlavə etmək və saytda yerləşdirmək hüququnu özündə saxlayır.

Hazırkı Qaydalar açıqdır və ictimaiyyətə təqdim olunmuş sənəd xarakteri daşıyır. Hazırkı Qaydalar İnternet şəbəkəsində: //www.parkcinema.az/bilet-alinmasi-sertleri-ve-qaydalariünvanında yerləşdirilib.

Müdiriyyət dəyişikliklərdən xəbərdar olmaq üçün bilet almazdan öncə mütəmadi olaraq həmin Qaydaları təkrar oxumağa təkidlə tövsiyə edir. Hazırkı qaydalarla razılaşıb onlayn üsulu ilə bilet alışının növbəti səhifəsinə keçərək Alıcı bütün edilmiş düzəliş və/və ya dəyişiklik/əlavələrlə birlikdə həmin Qaydalara riayət etmək öhdəliyini götürmüş kimi hesab olunur.

5. MƏXFİLİK

1. Biz kart məlumatlarını saxlamırı q; bütün kart məlumatlarını prosessinq mərkəzi saxlayır və emal edir.

2. Biz müştəri barədə aşağıdakı məlumatları saxlayırıq:

  • Ad və Soyad
  • Alış zamanı göstərilmiş e-mail
  • Alış zamanı göstərilmiş mobil nömrə
     

3. 3. Bütün şəxsi məlumat yalnız xidmətlərin göstərilməsi və reklam məqsədi ilə saxlanılır.

4. 4. Biz Alıcının şəxsi məlumatlarını qanun tələbləri istisna olmaqla, üçüncü şəxslərə ötürmürük.

gaydalar shertler