Cendrillon

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Şarl Perronun nağılı əsasında qurulmuş Anri Kaenin liberettosu Premyera 24 may 1899-cu ildə Parisdə, Kosmik opera teatrında baş tutmuşdu. Bugün XIX əsrin ikinci yarısına aid olan fransız operası Bize və Qunonun adları ilə assosiyasiya edilir, lakin müasirlər üçün onun şübhəsiz kralı Jül Massne olmuşdur (1842-1912). Yaşadığı dövrdə qazandığı şöhrət onda ulduzluq xəstəliyi yaratmamışdı: o sadəliyi və mehribanlığı ilə seçilirdi, lakin hər şeydən öncə böyük çalışqanlığı ilə. 30-dan çox yazdığı operalar içərisində ən məşhurları "Verter", "Minon" və "Don Kixotdur" - lakin bəstəkar tərəfindən şöhrətinin pik nöqtəsində yazdığı "Zoluşka" onlardan heç də geri qalmır. "Zoluşka"-nın premyerası 24 may 1899-cu ildə Parisdə baş tutmuşdu. Həm gülməli, həm də təsirli olan bu sehirli nağıl dinləyiciləri dərhal heyran etdi. Anri Kaenin liberettosu Zoluşkayla Şahzadənin bal öncəsi sehirli meşədə rastlaşdıqları səhnə ilə Perronun süjetini tamamlayır. Massenin musiqisi Zoluşka və Şahzadəni soyuq və qəddar dünyada yaşayan iki yaxın qəlb kimi təsvir edir. Rejissor Loran Penninin quruluşu 2006-cı ildə Santa Fedə işıq üzü gördü və həmin dönəmdən sonra Barselona, Brüsel, Lille və Londonda, yenidən Amerikaya qayıdaraq ilk dəfə Metropoliten Operada da səslənmişdi. Barbara de Limburqun dekorasiyası izləyicini nağıl kitabının səhifələrinə səyahət etdirir. Loran Pellinin hazırladığı kostyumlar isə qəhrəmanların
Daha çox