Yevgeniy Oneqin

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Dördüncü operasına süjet axtarışında olan Pyotr İlyiç Çaykovskiy (1840-1893) digər rus klassiki Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına üz tutur. Bəstəkar eyni adlı poemaya böyük dəyişikliklər etməsinə rəğmən romanın özünəməxsusluğunu qoruyub saxlamağa müvəffəq olmuşdur. Müasirlərin tənqidlərinə rəğmən uşaqlıqdan hər kəsə məlum süjet həssas musiqi ilə ahəngdə rus publikasında şöhrət qazandı. Müəllifin özünün adlandırdığı üç aktdan ibarət lirik səhnələr bütün dünyaya yayılaraq Avropa və ABŞ-da ən məşhur rusdilli operaya çevrilmişdi. İlk dəfə “Yevgeniy Onegin” Amerika səhnəsində 1921-ci ildə nümayiş olunmuşdu – o zaman opera italyan dilində nümayiş olunmuşdu. Kanadalı rejissor Robert Karsonun 1997-ci ildə Metropoliten Operada qurduğu tamaşa Nyu-Yorkun musiqi həyatında böyük bir hadisəyə çevrildi. 2007-ci ildə tamaşa yenilənmişdi, Rusiyanın tanınmış baritonlarından biri olan Dmitriy Xvorostovskiy baş rolu, Tatyana rolunu isə Amerikanın kumiri Rene Fleminq ifa etmişdirlər.    Səhnələşdirmə və kostyum üzrə rəssam Maykl Livayn XIX əsr Rusiyasının adətlərinə uyğun şəkildə hazırlanmış geyimlərə böyük həssaslıqla yanaşmışdır. Fəsillərin və günün dəyişimin göstərən işıqlara da özəl diqqət ayrılmışdı. Əsas diqqət isə vokal ansambla ayrılmışdı - hətta amerikalı Tatyana və əslən Meksikadan olan Lenskiy (Ramon Varqas) belə rus qəlbinin sirrsini açmağa müvəffəq olmuşlar.
Daha çox