Filmin baş qəhrəmanı 12 yaşlı Migeldir. Bu yeniyetmə Meksikanın kiçik kəndində ayaqqabıçı ailəsində müsiqiçi olmaq arzusu ilə yaşayır. Lakin bu arzusunu o hamıdan gizli saxlayır, çünki onun ailəsində musiqi lənətlənmiş hesab olunur. Bir zamanlar Migelin ulu babası öz həyat yoldaşını indi Migelə rahatlıq verməyən arzu naminə tərk edib getmişdi. Elə o vaxtdan musiqi haqda danışmaq Migelin ailəsində qadağandır. Migel pərəstişkarlıq etdiyi müğənni – mərhum Ernesto de la Kruz ilə öz arasında hələ də özünün də buna ad verə bilmədiyi bir əlaqənin olduğunu aşkar edir. O, kumirinin yanına – Ölülər Ölkəsinə yollanır və orada əcdadlarının ruhlarına rastlayır. Migel Ektor adlı kələkbaz ruhla (skelet təcəssümündə) tanış olur və Ektor onun həmkarına çevrilir. Birgə onlar Krusla bağlı dəlillərin axtarışına yollanırlar.