1941-ci ilin payızında Volokolamskda duran alman hissələrini Moskvadan cəmi iki saat ayırırdı. Lakin həmin yolda İ.V. Panfilovun rəhbərliyi altında 316-cı atıcı diviziya dururdu. Qoşun başçısı hərbiçilər arasında böyük hörmət qazandığı üçün, əsgərlər özlərini panfilovçu, diviziyanı isə panfilov diviziyası deyə adlandırırdılar.