Tahir və Zührə – gənc ailə cütlüyüdür, sevgiylə evlənsələr də, kiçik ailə mübahisələri səbəbindən boşanmağa qərar verirlər. Məhkəmənin boşanma qərarını aldıqdan sonra rahatlıq hiss edir və yeni, azad həyatlarını səbirsizliklə gözləyərək dərhal fərqli istiqamətlərə gedirlər. Lakin tale onlara gözlənilməz bir sürpriz hazırlayır: harada yatırlarsa-yatsınlar, hər səhər incəsənət muzeyində qurulmuş çimildik – ilk gecənin rəmzi olan ənənəvi toy çadırının içində oyanırlar.
Deyildiyi kimi, vərdişlərdən qurtulmaq çətindir. Onlar daim mübahisə edir və bir-birlərindən tez bir zamanda qurtulmağa çalışırlar, lakin hər səhər yenə həmin çimildikdə gözlərini açırlar. Günlər keçdikcə vəziyyət təkrarlanır və baş verənlərə görə bir-birlərini günahlandırmağa başlayırlar. Nəhayət, bu sirrə son qoymaq üçün ümidsiz halda ekstrasensə müraciət edirlər.
Daha çox