Uşaqlığında yaşadığı faciəli bir hadisə nəticəsində atasının ölümünə şahidlik edən Zeynəb anası və qardaşı ilə birlikdə yaşayır. Uzun illər ərzində psixoloji dəstək almaq məcburiyyətində qalan, insanlardan uzaq durmağı və sevməkdən qorxmağı öyrənən Zeynəbin dünyasında yalnız anası, qardaşı və ən yaxın dostu yer tutur. Lakin universitetin üçüncü ilində tanış olduğu Can onun həyatını tamamilə dəyişdirir.
Can, şeir dinləməsində görüb ilk baxışdan aşiq olduğu Zeynəbi qazanmaq üçün böyük mübarizə aparır. Zeynəbin qapalı dünyasını sevgi ilə tanış edən Can onun qorxularını aşmasına kömək edir. Can sayəsində sevməyin və sevilməyin xoşbəxtliyini yaşayan və rənglərini geri qazanan Zeynəb həyatının ən gözəl günlərini yaşayarkən bir müddət sonra talehin onlar üçün saxladığı bədbəxt sonla üz-üzə qalır.