5 ildir uşaqları olmayan Ruslanla Sevda “A bala, bir şey mirşey var?” sualından qaçmaq istəsələr də yoldan keçən hər kəs bu sualı onlara verir.
Şahnisənin anası ona varlı ər axtarır. O, isə kasıb sevgilisi Vüsalla evdə qalmaqda davam edir.
Asif və Təhminənin 3 qızı olsa da başqalarının sözünə görə “oğul payı” üçün gecə-gündüz çalışır.
Onları birləşdirən isə həyatlarının romantik komediyaya çevrilməsidir.