Birlikdə

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Xalid Əliyarov, tanınmış və yaşlı birinci dərəcəli prokuror təqaüdə çıxmaqdan əvvəl həyat yoldaşını itirir. Yarını itirmiş 65 yaşlı kişi üçün bu hadisə ciddi həyat krizisinə çevrilir. Lakin prokurorluğun rəhbəri, vaxtı ilə Əliyarovun tələbəsi onu bu krizisdən çıxarmaq üçün təqaüdə göndərməkdən vaz keçir və əksinə, müəlliminin ağır mənəvi və psixoloji durumunu dəyişmək üçün ona növbəti kriminal hadisənin açılmasında əməkdaşı Gövhər xanıma dəstək olmasını xahiş edir. Əliyarovun razılıq verməsinə baxmayaraq onun psixoloji durumu ağır olaraq qalır. Xanımının itkisi köhnə kişilərdən olan Əliyarova həyatın reallıqları ilə barışmağa imkan vermir. Amma işlə əlaqədar prokurorluq tərəfindən ona verilən avtomobildə quraşdırılmış suni intellektə sahib olan Virtual Həmsöhbətlə (Vihəmlə) ünsiyyət quran və müasir texnoloğiyalardan anlayışı olmayan Əliyarov tənhalıqda tək olmadığını başa düşür. Öz növbəsində Vihəm böyük, müasir, texnoloji virtual aləmin nümayəndəsi olmasına baxmayaraq, o da tənhadır. Lakin bu iki nəslin arasında ciddi uçurum var. Keçmiş və indiki nəsil arasındakı bu fərq keçmişin dogma insanlığı və gələcəyin praqmatik robotları arasındakı taleyüklü kolliziyaları nümayiş etdirir. Bu iki fərqli nəsil ümumi dil tapa biləcəkmi…  
Daha çox