12 yaşlı Zodi tayfası ilə birlikdə səhrada yaşayır, baytar Culiya ilə dostluq edir və məktəbə getməyi sevmir. O tək qalmış bir dəvə balasınl tapandan sonra həyatı alt üst olur. Bu böyük dostluğun başlanmasıdır, lakin bu dostluq təhlükə altındadır. Yerli brakonyer Tarek dəvədən xeyir güdür, çünki o çox istedadlı bir dəvədir və bir neçə yarışda qalib ola bilər. Dostunu qorumaq üçün Zodi Böyük Səhranı keçməli olur. Yolda onları çoxlu təhlükələr gözləyir – quldurlar ilə toqquşmalar, boranlar, duzlu dəniz və üfüqdə bir böyük məqsəd: Əbu-Dabida əfsanəvi dəvələr yarışmasında iştirak