Oğul

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Filmdən əldə olunan vəsait "YAŞAT" fonduna ianə ediləcək. 1992-ci ildə ilk Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsirdən bəhs edən araşdırma sənədli filmi. Filmdə rus jurnalı üçün münaqişəni işıqlandıran italyan müharibə fotoqrafı Enriko Sarsinin çəkdiyi dərc olunmamış fotoşəkillərdən istifadə edilib. O, 19 yaşlı azərbaycanlı könüllü Natiq Qasımovun təkbaşına müdafiə etdiyi strateji əhəmiyyətli kilsənin mühasirəsi zamanı erməni qoşunları ilə birlikdə olub.   Qasımov daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılan azərbaycanlı girovların həyatları müqabilində təslim olub. Sonra erməni zabitləri tərəfindən dindirilib. Sarsini orada olub və bu sorğu-sualın şəklini çəkib, lakin sonra Moskvaya qayıtmaq üçün getməli olub. O gedəndən sonra azərbaycanlı gənc hərbi əsir haqqında daha heç nə eşidilmədi.   46 dəqiqəlik bu sənədli film Qasımovun başına gələnləri və onun itkin düşməsində kimin məsuliyyət daşıya biləcəyini öyrənir. Həqiqət axtarışında rejissor Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya və Rusiyada şahidlərlə danışıb. O, yerli erməni rəsmiləri ilə görüşmək və Qasımovun qoruduğu kilsənin izinə düşmək üçün o vaxtlar Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağa gedib.   Sinqh Qasımovun anası ilə də görüşüb, o, 30 ilə yaxın keçməsinə baxmayaraq, oğlunun sağ olduğuna və qayıdacağına inanır.
Daha çox