KİŞİ OL

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Bəzən ailələrdə qadınların oxumağına icazə vermirlər. Bu təhsilsizlik nə ilə nəticələnir? Bəzən gənc qızlar “kişi” adını daşıyan kişi qırıqları tərəfindən aldadılır. Monitor arxasında “şir”ə dönən insanlar az deyil. Məhlədə dost qardaş dediyi insanların yoldaşlarına, əzizlərinə pis gözlə baxan “kişilər” var. Ərlərinin xəyanətinə övladına görə dözən analar da var. Dünya film praktikasında olduğu kimi, “Kişi Ol” filmi bir neçə mövzunu bir xarakter ətrafında birləşdirir. Bu xarakter isə yazıları ilə Mətbuat Şurasının və həmkarlarının hörmətini qazanmış Jurnalist Mübarizdir. Bir biznesmen tərəfindən təhdid olunan  Mübariz bir məqaləni yazmamalıdır, yazarsa da ailəsini itirməlidir. Mübariz bu vəziyyətdən necə çıxacaq? Zövqlü və zövqsüz jurnalistlərin həyatından, sosial şəbəkələrdə əziyyət çəkən məşhurlardan, sənətkarlarla sənəti olmayanlardan bəhs edən, populyar  və  sevimli olmağın, qışqırmaqla oxumağın, mədəniyyət və mədəniyyətsizliyin fərqini ortaya qoyan filmdir Kişi Ol filmi.  
Daha çox