“Qərbdən olan qız”ı səhnədə tez-tez görmək mümkün deyil. Bununla belə o heç də Cakomo Puççininin digər əsərlərindən gözəllik və lirika, Vəhşi Qərbin fonunda cərəyan edən avantüralı süjetinə görə geri qalmır. Başqa melodramlarda olduğu kimi bəstəkar müxtəlif dünyalardan iki qəhrəmanı toqquşdurur, amma bu dəfə sevgi əhvalatı xoşbəxt sonluqla bitir.