Ayla

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Film, Koreya müharibəsi zamanı baş vermiş gerçək və olduqca dramatik bir hekayəni ekranlara daşıyacaq. 1950-ci ildə müharibədə döyüşən kiçik rütbəli zabit Süleyman döyüş meydanında azyaşlı qız tapır. Beş yaşlı kimsəsiz qızcığaz hara gedəcəyini bilmir. Süleyman qız özü ilə götürür və adını Ayla qoyur. Hərbi bölmənin nəşəsinə çevrilən Ayla qısa zamanda Süleyman ilə ata-qız kimi doğmalaşırlar. Lakin 15 ay sonra hərbi bölmənin Türkiyəyə geri qayıtması haqda qərar çıxır. Aylanı tərk etmək istəməyən Süleyman əlindən gələni etsə də Koreya qanunlarına məğlub olur. Kiçik qızı tərk etmək məcburiyyətində qalan Süleyman və uşaq evinə veriləcək olan Ayla son dəfə vidalaşarkən yenidən bir araya gələcəklərinə dair söz verirlər. Bəs görəsən illər onları yenidən qarşılaşdıracaqmı? 
Daha çox