Tut Yüreğimden Anne

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Sibel, autizm xəstəliyindən əziyyət şəkən 9 yaşlı oğlu Umut, yoldaşı Okan ve 17 yaşlı oğlu Yaman ile birlikdə İstanbul’da yaşayırlar. Umutda autizm xəstəliyinin müəyyən olması,  ətrafdakılara qarşı aqressivliyi, insanlara davranışı Okan və Yaman tərəfindən birmənalı qarşılanmadığı üçün onu rədd etmiş və daima özlərindən Umutu məsafədə tutmağa çalışmışlar. Bu vəziyyət Sibelin ürəyini parçalayaraq sağalmaz izlər buraxmışdı. Böyük bir çaxnaşma ortasında qalmışdı. Sibel bu çətin yolda tək olduğu hiss edir. Gücünü də məhz bundan alır. Ancaq bir gün ölümcül xəstəliyin pəncəsinə düşdüyü xəbərini alır. Olduqca çətin bir əməliyyata girmə riski sonrasında ölüm və qalım arasında durmuşdu. Sibel üçün həyatının son saatlarıdır... Bu çətin qərarı verməzdən əvvəl dağılmaq üzrə olan ailəsində xoş gün-güzəran yaratmağa qərar verir. Hər şeyin tərs olduğu, Sibelin də artıq əlini üzdüyü bir gün Umut ailəni birləşdirir. Umut, Yamanın gitarası ilə ifa etdiyi "Tut, tut ürəyimdən anne..." mahnısını mızıldanır və həyata ürəyinin qapısını açır... Sibel ilk dəfə xoşbəxtlikdən hönkür-hönkür ağlayır. Xoşbəxtlik yolxucu imiş. Bütün ailə xoşbəxtliyə yoluxur. Sibelin ailəsi artıq birlikdədir. Ancaq ayrılıq yenə qapılarını döyür. Yaman, xəyallar qurduğu, xaricdə təhsil alma şansını əldə edir. Sibel, Yamanın getməsi ilə yenə ailəsinin parçalandığını düşünür, amma heç bir şey düşündüyü kimi olmur.  Çünki sevgi möcüzələrə yol açır... Sibel artıq ürək rahatlığı ilə həyatının ən vacib qərarı olan, ölmək və qalmaq arasında olan, o incə sap üzərində dayanmasına vadar edən əməliyyata girə bilər...
Daha çox