Britaniya muzeyində vikinqlər

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
2014-cü ildə Britaniya muzeyi tərəfindən təşkil olunmuş "Vikinqlər: Həyat və əfsanələr" sərgisi muzeyin otuz il ərzində həyata keçirdiyi ilk tematik layihədir. Britaniya Muzeyinin direktoru Nil MakQreqorun giriş nitqi ilə çıxış etdiyi,  Maykl Vud və Bettani Xyuz kimi məşhur tarixçilərin kadrarxası mətni oxuduğu bu sənədli filmdə həmin sərgi böyük ekranda yenidən işıq üzü görəcək. Bu sərginin döyüşçüləri, dəniz səyyahları, istilaçıları və qəhrəmanları Avropada ciddi dəyişikliklərin baş verməsinə səbəb olub. Yeni ərazilərin fəth olunması məqsədilə Skandinaviya yarımadasından yola düşən vikinqlər dörd fərqli qitənin xalqlarını, mədəniyyətlərini, siyasi sistemlərini və inanclarını birləşdirən beynəlxalq şəbəkə yaradıb. Vikinqlərin ən böyük nailiyyəti onların  gəmiqayırma ilə məşğul olması idi. 37 metrlik gəmi sərginin əsas eksponatıdır. 1997-ci ildə tapılmış gəminin təqribən 1025-ci ildə inşa olunduğu və arxeoloqlar tərəfindən aşkar edilmiş gəmilər arasında vikinqlərə məxsus ən böyük gəmi olduğu güman edilir. Bundan əlavə, vikinqlərin həm özlərini, həm də onları əhatə edən dünyanı necə dərk etdiyini öyrənmək imkanı verən bəzi eksponatlar, məsələn, şəxsi məişət əşyaları, bəzək əşyaları, amuletlər sərgidə nümayiş olunacaq. Bəzi obyektlər (məsələn, York vadisində basdırılmış böyük xəzinə) vikinqlərin İrlandiyadan və Böyük Britaniyadan Ukraynaya və Rusiyaya qədər çoxsaylı ölkələrə göstərdiyi təsiri açıq-aşkar nümayiş etdirir. Unikal sərginin bütün eksponatlarını iri planda nümayiş etdirən bu filmdə vikinqlərin gəmiləri, silahları, inancları və mərasimləri üzrə mütəxəssislər də iştirak edəcək.  
Daha çox