VERMEER VƏ MUSİQİ: SEVGİ VƏ AZADLIQ SƏNƏTİ

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Londonun Milli Qalereyası bütün dövrlərin ən maraqlı və heyrətamiz rəssamlarından birinin – "Mirvari sırğalı qız" tablosunun müəllifi Yan Vermeerin əsərlərinə yeni baxış təklif edir. Bu filmdə diqqət Vermeerin musiqi ilə əlaqəsinə verilir. Bu, holland rəssamlığının ən məşhur mövzularından biridir və rəssamlara modellik edən insanlar və onların yaşadığı cəmiyyət haqqında bizə çox şey deyir. İlk dəfə bu sərgidə təqdim edilmiş yeni araşdırma Vermeerin texnika və materiallarının əsərlərinə necə təsir etdiyini nümayiş etdirir. Daha ətraflı məlumat almaq üçün www.nationalgallery.org.uk saytına nəzər salın.Sənətşünas Tim Marlou yalnız sərginin mövzusu ilə kifayətlənməyərək tamaşaçıları Vermeerin bütün həyat hekayəsini anladır və bu zaman rəssamın digər bəyənilən əsərlərini HD keyfiyyətdə nümayiş etdirir. 2003-cü ildə çəkilmiş, baş rollarını Kolin Fert və Skarlet Yohansonun ifa etdiyi "Mirvari sırğalı qız" filmindən ilham alanların Vermeerin həyatına və yaradıcılığına duyduğu heyranlığı  bu sərgi-filmə tamaşa etdikdən sonra yeni bir səviyyəyə yüksələcək.
Daha çox