Balaca Boss

Böyüklər və balacalar üçün bütün dövrlərdə aktual olan hekayə yeni doğulmuş oğlanın yeddi yaşlı xəyalpərəst qardaşı Tim adından danışılır. Lakin baş qəhrəman heç də adi uşaq deyil  - o, lider xüsusiyyətlərinə malikdir, artıq iş geyimindədir və hər şeydə biznes-tapşırıq görür. Bir gün Tim öyrənir ki, dünyada bütün sevgini məhv edə biləcək bir sui-qəsd yaxınlaşır və onun təşkilatçısı Puppy Co şirkətinin Direktorudur. Lakin Tim təkbaşına onu saxlaya bilməz. Valideynləri xilas etmək və Yer kürəsində hər şeyi qaydasına salmaq üçün oğlan kiçik qardaşı ilə birləşməlidir.
Daha çox