Bayram Axşamı

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Bayram Axşamı tam metrajlı komediya filmidir. Bir novruz əfsanəsindən bəhs edən bu film Bakıda milli bayramımız olan Novruzun təmtəraqlı surətdə qeyd olunduğu ərəfədə 30 yaşlı şəhər sakininin başına gələn maraqlı hadisələrdən bəhs edir. Uğursuz həyat sürən Bayram məhz bu Novruz bayramında butun uğursuzluqlara son qoymaq əzmindədir. Adət-ənənəyə uyğun olaraq o da arzu tutub tonqaldan atlanır. Dilədiyi arzu isə uşaq kimi problemsiz həyat sürməkdir! Lakin arzudanda arzuya fərq var. Ağlasığmaz vəziyyətə düşmək istəmirsizsə nə arzu etdiyinizə fikir verməlisiz. Yoxsa bizim filmin qəhrəmanı kimi çıxılmaz vəziyyətdə qala bilərsiz. Həyata keçməsini dilədiyi bir arzu onun həm həyatını alt-üst etdi həmdə onun dostlarını,nişanlısını və bütün ətrafındakı insanları şoka saldı. Düşdüyü gülünc və inanılmaz vəziyyətdən isə çıxış yolunu heç kim tapa bilmir. Üstəlik toyuna sayılı günlər qaldığı üçün vəziyyət daha da qəlizləşir. Hər keçən gün onun həyatı daha da çətinləşir. Ətrafdan baxanlara vəziyyət gülünc gəlsə də qəhrəmanımız heç də belə düşünmür. Bir birini əvəz edən gülməli, dinamik, adrenalin dolu, sürətli, həyəcan verici səhnələr artan xətlə inkişaf edən dramaturji xətt tamaşaçını filmə bağlayacaq və tamaşaçıya o həyəcanı Bayram və dostları ilə birgə yaşadacaq
Daha çox