2029-cu il. HHHər yerə yayılmış kompüter şəbəkələri və kiber-texnologiya sayəsində demək olar ki, bütün insanlar bədənlərinə müxtəlif neyron implantlar yeridiblər. Lakin kiber-texnologiya insanlar üçün yeni təhlükəyə də səbəb olub: “beynin sındırılması” və bununla əlaqədar bir çox cinayətlər meydana gəlib.
Çoxdandır axtarışda olan Kukla ustası ləqəbli haker siyasətə qarışmağa başlayır və belə olan təqdirdə İctimai təhlükəsizlik bürosunun “9-cu Bölməsi”, ən son texnikalar ilə təchiz olunmuş xüsusi polis dəstəsi bu işi araşdırmaq və hakeri dayandırmaq əmrini alırlar.