Məhdudiyyətlərlə dolu sevgi

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Günlərin bir günü Mişa adlı sıradan bir gənc Rusiya Prezidentinin iri şirkətlrədə iki faiz fiziki məhdudiyyətli şəxslərin çalışmalı olduqlarına dair fərmanından xəbər tutur. Elə o an onun beyninə çoxdandır arzuladığı zəngin və qayğısız həyatla bağlı arzularını necə gerçəkləşdirmək firki gəlir. Uzun-uzadı düşünmədən Mişa saxta tibbi sənəd alır, arabaya oturur və sıradan bir yerə yox, “Naşqaz” şirkətinə iş görüşməsinə gedir. Xoşbəxtlikdən şirkətin qeyd olunan kvotaya çatması üçün bir nəfər axtarılırmış. Prestijli iş, yüksək əmək haqqı, gözəl mənzil, bir sözlə bütün dünya onun əlindədir. Lakin bir amma var – o hər zaman əlil arabasında olmalıdır. Bundan əlavə isə özünü ələ verməməlidir. Ardı-ardına gülünc vəziyyətlərə düşən Mişa yeganə çıxış yolunun “bu işdə təcrübə” yığmağın olduğunu anlayır. O, fiziki məhdudiyyətli insanların toplaşdığı kluba qoşulur və həmən orada hər kəsin sevimlisinə çevrilir. Çünki Mişa ətrafdakıların gözündə ümidsiz yox, optimist və şəndir (düzü səbəb başqa olsa da). Uşaqlıqdan əlil arabasına məhkum olan gözəl Marina isə ona qarşı xüsusi hisslər bəsləyir. Getdikcə isə hər şey bir-birinə qarışır – ofis, pul, partilər, əlillər klubu, məhdudiyyətlər, dostlar, vicdan və əlbətdə ki, sevgi. İndi bu vəziyyətdən necə çıxmalı? Hər kəsə, özəllikllə isə Marinaya öz yalanlarını necə etiraf etsin? Və özünün həqiqətən nə istədiyini və hiss etdiyini necə anlamalı? 
Daha çox