imax-header
10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Forsaj 8 IMAX

Forsaj 8 IMAX

13 Aprel

Kəmərlərinizi bağlayın – yarış davam edir. Havana, Berlin, Nyu-York, bu çılğın komanda bir yerdə olduğu müddətcə onlar üçün mümkün olmayan heç nə yoxdur. Lakin onların yollarında dünyanın ən gözəl qadını və kiber-cinəyət kraliçası durduqda, dostların yolları ayrılır... 

Zirehdəki xəyalət IMAX

Zirehdəki xəyalət IMAX

30 Mart

2029-cu il. HHHər yerə yayılmış kompüter şəbəkələri və kiber-texnologiya sayəsində demək olar ki, bütün insanlar bədənlərinə müxtəlif neyron implantlar yeridiblər. Lakin kiber-texnologiya insanlar üçün yeni təhlükəyə də səbəb olub: “beynin sındırılması” və bununla əlaqədar bir çox cinayətlər meydana gəlib.

Çoxdandır axtarışda olan Kukla ustası ləqəbli haker siyasətə qarışmağa başlayır və belə olan təqdirdə İctimai təhlükəsizlik bürosunun “9-cu Bölməsi”, ən son texnikalar ilə təchiz olunmuş xüsusi polis dəstəsi bu işi araşdırmaq və hakeri dayandırmaq əmrini alırlar. 

Gözəl və Bədheybət IMAX

Gözəl və Bədheybət IMAX

16 Mart

Qəzəblənmiş Sehrbaz şahzadə Adamı qəddar, özünə vurğun və kobud olduğuna görə çirkin əjdahaya döndərir. Özündən və qulluqçularından sehri çıxarmaq üçün o, xeyirxah olmalı, sevmək və sevilməyi öyrənməlidir. Bu, sehrbazın verdiyi qızıl gülün sonuncu ləçəyi düşənə kimi baş verməlidir. o:p>

Uzaq bir kənddə Bell adlı gözəl bir qız yaşayır. Bir gün onun atası Moris yarmarkaya gedir, lakin yoldan azır. ovsunlanmış qalaya düşərək o, əjdahanın əsirinə düşür. Bell atasının köməyinə tələsir. o:p>

IMAX texnologiyası

IMAX kinoteatrlarında nümayiş olunan kontent öz xüsusiyyətlərinə görə adi formatda nümayiş olunanlardan üstündür. DMR, və ya rəqəmsal remasterinq, onun sirli tərkib hissəsidir. Bu xüsusi üsul onsuzda yüksək keyfiyyətli filmi ruhu canlandıran, unikal səs xüsusiyyətləri və misilsiz təsvirli blokbasterə çevirir. Filmi kinoteatrlarda bu cür möhtəşəm təqdim etmək üçün, onun yaradıcıları aylarla səhnə meydançasında və montaj otağında hər kadrı planlaşdırır, səslərin remiksini həyata keçirir, dolğunluq, təzad, parlaqlıq və başqa xırda detallar üzərində çalışırlar. Adətən bu effektlər çəkilişlərdən sonra verilirdi, lakin son zamanlar aparıcı prodüserlər IMAX texnologiyasını ilk mərhələlərdən qoşur. Hollivudun əksər filmləri bu texnologiya ilə çəkilir. Bu o deməkdir ki, belə formatlı film üçün prodüser və IMAX kompaniyası yaxın əməkdaşlıq etməlidirlər. Film çəkilişi zamanı hansı hissələri xüsusi kameralar ilə çəkilməsi, səs və təsvirin emalı üçün hansı üsullardan istifadə edilməsi, böyük formatın üstünlüyü və rəng zənginliyinin nümayiş edilmə məsələləri həll olunur.  

Gələcəyin IMAX kino texnologiyası bu gün.

Təsvirin misilsiz keyfiyyəti.

Kinoteatrlarda 2 proyektor qurulur, buna görə ekranda nümayiş olunan təsvir ikiqat  parlaq olur. Rəqəmsal proyeksiya sistemi sayəsində təsvirin yüksək dəqiqliyi, aydınlığı və yüksək keyfiyyəti təmin olunur.

Səsin təəccüblü təmizliyi.

Texnologiyanın əvəzedilməz tərkib hissəsi səsdir. Onun dərinliyi filmi daha da təsirli edir. Hər kinosevər ekranda baş verənləri sanki bütün vücudu ilə hiss edir, bu qurulmuş dünyada yaşayır. Belə effektə patentləşdirilmiş akustik sistemin yüksək gücünün vasitəsilə nail olunur. Səs keyfiyyətinin göstəricisinin biri də tezliyinin daha geniş xarakteristikasıdır. Bu səsin daha yüksək və çox aşağı tezliklərin istifadəsinə imkan yaradır. Səslənmənin xüsusiyyəti dinləmə mühitindən də asılıdır, ona görə IMAX şirkətinin zalların xüsusi quruluşuna patenti var. Rəqəmsal remasterinq vasitəsilə səs elə qurulub ki, kinoteatrda olaraq Siz dinamik, təmiz, parlaq və dəqiq səsdən zövq alasınız.   

Ekranın artırılmış eni.

Təsvir formatı – texniki termindir, ekranda enlə uzunluğun proporsional nisbətini bildirir. Bir qayda olaraq, müasir filmlər CinemaScope (2.40:1) formatındadır. Bu format 1953-cü ildə yaranıb və İndiyə qədər standart sayılır. IMAX bütün tanınmış şablonları məhv edir, film təsvirinin formatını IMAX® 1.43:1 qədər genişləndirir. Beləliklə, kinosevərlər adi konetatrla müqayisədə 40%-ə qədər böyüdülmüş təsvir görürlər. Həmçinin son montaj mərhələsində təsvirin böyük hissəsinin qorunması mümkündür (IMAX® 1.9:1 qədər), və bu təsviri adi kinoteatrla müqayisədə 21%-ə qədər böyüdür. IMAX təsvirinin formatı sayəsində kinosevərlər özlərini kənar müşahidəçi deyil, sanki filmin içində hiss edirlər.

Azercell IMAX zalı

Zalın unikallığı nəyinki IMAX-ın ayrılmaz atributlarından (güclü proyektorlar, ən yaxşı səs sistemi və xüsusi həndəsəvi quruluş) ibarətdir, həmçinin burada kinosevərlər özlərini dünyasəviyyəli premium kinoteatrlardakı kimi hiss edirlər.

Nizamlanan qoltuqaltılarla maksimal rahat oturacaqlar IMAX zalının həndəsəsinə əsasən böyük ekrana nisbətən yerləşdirilib. Xüsusi gümüş örtüklü ekran, möhtəşəm səs, oturacaqların vibrasiyası tamaşaçıları filmin hadisələrinə daxil edəcək.

Sizi kinomanların sevimli yeri olan, fantastikanı reallığa çevirən Azercell IMAX zalında gözləyirik. 

Zallarin sayi
6
Akustik sistemi
Dolby Digital, IMAX
3D
Masterimage 3D, IMAX 3D
Barın çeşidi
Xırtıldayan popkorn, oyuncaqlı kombo-dəst, çipslər, ləbləbi, sərinlədici qazlı içkilər və pivə
Proyektorlar
Barco 20C, Barco 19B, Barco 10S, IMAX 3D